19 Yanvar 2018 12:24
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

BP şirkəti İŞİD-in zərərsizləşdirilməsindən sonra İraqdan neft amağa başlayıb.

Teleqraf.com xəbər verir ki, BP şirkəti Kərkük nefti ilə bağlı da İraq hökuməti ilə anlaşıb.

İraqın neft naziri Cabbar Əli Luaybi və BP-nin nümayəndəsi Mixael Tovnsend Kərkük neft sahələri ilə bağlı müqavilə imzalayıblar.

Cabbar Əli Luaybi qeyd edib ki, İraq hökumətinə tabe olan Şimal Neft Şirkəti Kərkükdəki neft yataqlarını genişləndirmək və araşdırmaq məqsədilə BP ilə müqavilə imzalayıb:

“Kərkükdən nefti ixrac etmək üçün Kərkük-Fişhabur boru xəttini anlaşmaya daxil etdik. Yaxınlarda yeni Kərkük-Ceyhan neft boru xəttindən neft ixracı üçün İstanbulda danışıqlar aparacağıq”.

BP-nin nümayəndəsi Mixael Tovnsend isə qeyd edib ki, Kərkükdən neft istehsalını gündəlik 750 min barelə çıxarmağı hədəfləyirlər. Artıq bunun üçün lazım olan işlərə başlanılıb.

Qeyd edək ki, BP ilə İraq arasında 2013-cü ildə imzalanan razılaşma İŞİD-in ortaya çıxması səbəbindən reallaşmamışdı.


Müəllif: Cavad