21 Yanvar 2018 19:24
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə ABŞ arasında təhlükəsizlik və diplomatiya sahəsində geriləmə müşahidə edilsə də, iqtisadi sahədə artım özünü göstərir.

Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəlməsinin 11-ci ayında iqtisadi sahədə ciddi sıçrayışlar baş verir.

2016-cı ildə ABŞ-Türkiyə iqtisadi əlaqələr və ticarətin həcmi ilə müqayisədə 2017-ci ildə 16,6 faiz artım baş verib. Hazırda bu iki ölkə arasında ticarətin həcmi 18, 7 milyard dollardır.

2017-ci ildə Türkiyənin ABŞ-a ixracatı əvvəlki illə müqayisədə 32,4 faiz artaraq 7,9 milyard dollar olub. ABŞ-dan Türkiyəyə ixracat isə 10,8 milyard dollar həcmində olub.


Müəllif: Cavad