6 Fevral 2018 10:52
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 ildə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul 4 dəfə artıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Dayanıqlı İnkişaf Məqsədlərinə dair təlimdə deyib.

Onun sözlərinə görə, 10 il ərzində neft və qeyri-neft sektorları sürətlə inkişaf edib: “Valyuta ehtiyatlarımız, eyni zamanda büdcə gəlirlərimiz 2,7 dəfə artıb. Bu potensial Azərbaycanın minilliyin inkişaf məqsədlərinin həyata keçirməsinə yardım edib”.

Sevinc Həsənova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən düşünülən düzgün siyasət nəticəsində ölkədə yoxsulluq səviyyəsi azaldılıb: “Yoxsulluğun azaldılması Azərbaycanı öz hədəflərinə çatan 18 ölkənin sırasına daxil etdi. Həmçinin ölkəmiz yoxsulluğu 5 faizə endirərək, 29 ölkə sırasında mühüm yer tutdu. 2000-ci illərdə biz bu təşəbbüsə qoşulanda Azərbaycan əhalisinin yarısı yoxsulluq səviyyəsində yaşayırdı. İndi biz bu rəqəmi 10 dəfə azaltmışıq”.

Nazir müavini 2003-2005-ci ildə yoxsulluğun azaldılması və İqtisadi İnkişaf Proqramının qəbul olunduğunu qeyd edib və bu proqramların məntiqi davamı kimi 2020-ci ildə gələcəyə baxış konsepsiyasının mövcudluğunu vurğulayıb.


Müəllif: İlhamə Əbülfət