8 Fevral 2018 09:56
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brent markalı neftin bir barelinin qiyməti 65 dollaradək ucuzlaşıb. 70 dollarlıq psixoloji həddi keçən “qara qızıl” yenidən dəyər itirməkdədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırırlar: “Əvvəllər də qeyd etdiyimiz kimi, neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı həmçinin spekulyativ müdaxilələrilədə bağlı idi. Bəzi hedg və valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin artmasını stimullaşdırmağa çalışırdılar.

Digər tərəfdən, ABŞ və Kanadada şist neft hasil edən neft quyuların sayında artımlar müşahidə edilir və bu da Şimalı Amerikanın neft bazarında mərhələli şəkildə mövqeyinin güclənməsinə gətirib çıxarır.

Bir sıra OPEK ölkələri, o cümlədən İran neftin son aylardakı qiymət artımlarından narahatçılıqlarını gizlətmirdilər. Çünki belə qiymət artımları yeni və daha ciddi qiymət azalmalarına səbəb ola bilər. Doğrudur, Veneseula, Liviya və Nigeriya kimi ölkələrdə neft hasılatında dövrü olaraq azalmalar müşahidə edilir. Amma son qiymət endirmləri şist neft hasilatının xam neftin dünya bazar qiymətinə təsirinin qorunub saxlamasından xəbər verir”.

Ekspert əlavə edib ki, neftin qiymətində ucuzlaşmalar davamlı olarsa investorların bir qisminin sərmayələrini digər, o cümlədən valyuta bazarına transfer edə bilərlər: “Bunun baş verəcəyi halda neftin qiymətində ucuzlaşma, dolların isə dönərli valyutalara nisbətən möhkəmlənməsi müşahidə edilə bilər”.


Müəllif: Şəfiqə Nazimqızı