10 Fevral 00:43
568

Dolların indeksi ötən gün həftə ərzində maksimum həddə qalxıb.

Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə 20.38-ə olan vəziyyətə görə, avronun dollara qarşı məzənnəsi 1,2215 dollaradək enib. Əvvəlki hərraclarda 1 avro 1,2247 dollar təşkil edirdi. Dollar Yaponiyanın pul vahidi iyenaya nisbətdə 108,41 iyenaya qədər enib. Əvvəlki hərraclarda 1 dollar 108,74 iyena təşkil edirdi.

Dolların indeksi 0,31 faiz artaraq 90,51 bəndə çatıb.


Müəllif: Teleqraf.com