10 Fevral 2018 11:04
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:39

Prezidentin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamı ilə artım pensiyaçıların 94 faizinə şamil olunacaq.

Teleqraf.com xəbər verir­ ki, bunu əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov mətbuat konfransın­da deyib.

O bildirib ki, 1 yanvar 2018-ci il tarixinə ölkədə 1.318.432 pensiyaçı qeydə alınıb.

Nazirin sözlərinə görə, fevral ayının 13-14-də pensiyaların hesablara köçürülməsinə başlanılacaq.

***

10: 53

Əmək pensiyalarının artımı sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində 5,7 faiz təşkil edəcək.

Xəbərə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinin onların əlavələrinə aidiyyəti olmayacaq.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, bu əlavələr sabitdir və indeksləşdirməyə aid deyil.

Nazir diqqətə çatdırıb ki, 1 yanvar 2018-ci il vəziyyətinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 208,36 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 233,68 manat təşkil edir:

“Vətəndaşların əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda artımların məbləğləri də fərqli olacaq. Məsələn, 208,36 manat səviyyəsində olan əmək pensiyası üzrə hesablama aparsaq, indeksləşdirmə nəticəsində həmin pensiyanın məbləği 5,7 faiz, yəni 11,87 manat artırılaraq 220,23 manata çatdırılacaq. Bununla yanaşı, onu da qeyd edim ki, artımın pensiyanın bütün məbləğinə tətbiq olunması prinsipi aşağı məbləğdə pensiya alanlar üçün daha effektiv olması ilə diqqəti çəkir”.

***

Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək.

Məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.


Müəllif: Teleqraf.com