11 Fevral 2018 00:58
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu ilə ilk sərnişin qatarı 2018-ci ilin mayında yola düşəcək.

Artıq Azərbaycan Fransanın “Stadler Rail Group Alstom” firmasından 64 ədəd sərnişin vaqonu alıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, vaqonlar Gürcüstan-Türkiyə sərhədindəki Axalkalaki rayonunda bu vaqonlar qısa zamanda yeni xətlərə keçiriləcək.

Məlumata görə, yeni vaqonlar yüksək keyfiyyətli, komfortludur. İki nəfərlik kupelərdə kondisioner və Wi-Fi olacaq.

Qatarda həmçinin restoran və bar fəaliyyət göstərəcək.


Müəllif: Teleqraf.com