12 Fevral 2018 14:41
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sığortaçılar Assosiasiyasının(ASA) təsisçilərinin yığıncağı keçirilib.

Yığıncaqda 2017-ci ilin nəticələri müzakirə edilib və yeni sədr seçilib. Assosasiyasının yeni sədri Mustafa Abbasbəyli təyin edilib./Fins.az/

Qeyd edək ki, əvvəlki sədr Orxan Bayramov Assosiasiyadan ayrılandan sonra sədr vəzifəsinin icrası müvəqqəti Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Vüqar Əliyevə həvalə edilmişdi.

Xatırladaq ki, Mustafa Abbasbəyli 2004-2014-cü illərdə “Standard İnsurance” sığorta şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2011 – 2014-cü illərdə Standard İnsurance Georgia Sığorta Şirkətinin Müşahidə şurasının üzvü vəzifəsində fəaliyyət göstərib. 2014-2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru olub. 2015-ci ildən Caspian European Clubun İdarə Heyətinin üzvü, Vergi və Gömrük Komitəsinin sədridir.2016-cı ilin aprel ayından isə Beyli Group şirkətinin İdarə Heyətinin sədridir.


Müəllif: Teleqraf.com