13 Fevral 12:03
284

Vergilər Nazirliyinin yeni məcəllə hazırlayıb parlamentə təqdim etməsi məqsədəuyğundur.

Teleqraf.com xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, sadələşdirilmiş vergi məbləğinə yenidən baxılmalıdır: “Manat devalvasiya uğradığı üçün bu verginin məbləğinə yenidən baxış keçirilməlidir. Niyə əlavə dəyər vergisi Azərbaycanda 18 faizdir? Avropa ölkələrində isə bu rəqəm 15-25 faiz arasında dəyişir. Bu rəqəm differensiallaşdırılmalıdır".

Vahid Əhmədov bildirib ki, sənəd məsələsində sahibkarlar incidilməməlidir: “Binə və Sədərək ticarət mərkəzlərində yerli məhsul alan sahibkar Vergilər Nazirliyinə sənəd təqdim edə bilmir. Nazirlikdən xahiş edirəm ki, sənəd məsələsində sahibkarlarımızı çox incitməsinlər”.


Müəllif: İlhamə Əbülfət