15 Fevral 2018 18:08
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu nəhəng layihə ilə Azərbaycan dünyada qaz ixrac edən ölkəyə çevrilir.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Energetika naziri Pərviz Şahbazov Məşvərət Şurasının iclasından sonra mətbuat konfranda deyib.

Nazirin sözlərinə görə, Azərbaycan illər boyu beynəlxalq aləmdə neft ölkəsi kmi tanınıb: "Ölkəmiz neft ixraçatçısı olmaqla yanaşı, qaz ixracatçısı kimi də tanınmağa başlayır. Bu gün dünyada qaza ehtiyac artmaqdadır. Biz neft və qaz sahəsində infrastrukturun şaxələnməsində böyük naliyyətlər əldə etmişik.

Birbaşa dənizə çıxışı olmayan Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsini həyata keçirməklə Avropa bazarına çıxış əldə edib".

Nazir qeyd edib ki, Azərbaycan effektiv enerji siyasəti yürüdür: "Azərbaycan uzun illər həyata keçirdiyi siyasət nəticəsində etibarlı tərəfdaş imici əldə edib. Bu, bizim uğurumuzdur".


Müəllif: İlhamə Əbülfət