20 Fevral 2018 23:58
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın “Tatra” yük maşınlarının Azərbaycanda yığılması 2018-ci ilin mayında başlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Vitzeslav Pivonka deyib.

O qeyd edib ki, may ayında bu prosesin işə salınmasında iştirak etmək üçün Çexiyanın sənaye naziri Tomaş Ginerin Azərbaycana səfəri nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət əvvəl səfir Azərbaycanda istehsal olunan “Tatra” yük maşınlarının xaricə ixrac ediləcəyini bildirmişdi.


Müəllif: Teleqraf.com