12 Mart 2018 10:51
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın taxıla olan təlabatı ildə 3-3,5 mln tondur. Ötən il Azərbaycan-Qazaxıstanın hökumətlərarası komissiyasının iclasında tərəflər razılığa gəliblər ki, Qazaxıstandan Azərbaycana taxıl ixracının illik həcmi 1 mln. tona çatdırılsın.

Bunu Bakı Taxıl Terminalının İdarə Heyətinin sədr müavini Erjan Baymuhametov deyib.

Bundan başqa, onun sözlərinə görə, iki ölkənin birgə layihəsi olan terminal beynəlxalq nəqliyyat layihələrinin iştirakçısı olacaq : "Taxıl Azərbaycana bu terminal vasitəsilə 12 ildir ki, göndərilir. Artıq yeni bazarlara çıxmaq şansı yaranıb. Bu il planda olan əsas məsələlərdən biri Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etmək, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Qazaxıstan taxılını Türkiyə və Yaxın Şərq bazarına çıxarmaqdır"./Report/

Xatırladaq ki, Bakı Taxıl Terminalı Azərbaycan ilə Qazaxıstan hökumətlərinin birgə razılığı ilə 2006-cı ildə yaradılıb. Bu illər ərzində terminal vasitəsilə Azərbaycanın taxıl məhsullarına olan təlabatı ödənilib.


Müəllif: Teleqraf.com