16 Mart 2018 10:46
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kapital Bank Novruz bayramı münasibəti ilə istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək.

Teleqraf.com xəbər verir ki, 22, 23, 24 və 26 mart tarixlərində Qara Qarayev, Şuşa, Xəzər, Bakıxanov, Binəqədi, Əhmədli, Suraxanı, Yasamal, Bravo, Bravo 2, Qaradağ, Abşeron, Sumqayıt, Ağcabədi, Bərdə, Gəncə, Kəpəz, Mingəçevir, Lənkəran, Masallı, Qubadlı, Ağdam, Beyləqan, Biləsuvar, Cəlilabad, Füzuli, Goranboy, İmişli, Qəbələ, Quba, Sabirabad, Salyan, Şəki, Şəmkir, Şirvan, Xaçmaz və Yevlax filialları xidmət göstərəcək. Bravo və Bravo 2 filialları isə həmçinin 20, 21 və 25 mart tarixlərində də işləyəcək.

Kapital Bank xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Müəllif: Teleqraf.com