16 Mart 2018 14:56
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 mart 2018-ci il tarixində Kapital Bank-ın Baş ofisində keçirilən Bankın Səhmdarlarının növbəti ümumi yığıncağının qərarına əsasən 19 mart 2018-сi il tarixindən etibarən Bankın 13 mart 2018-ci il tarixinə olan səhm sahiblərinə dividentlərin ödənilməsinə başlanacaq.

Bankdan Teleqraf.com-a bildirilib ki, dividentləri almaq üçün Bakı şəhərində yaşayan səhmdarlar Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə Kapital Bank-ın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər.


Müəllif: Teleqraf.com