16 Aprel 2018 14:40
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kapital Bank-ın aktivləri 1 aprel 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib.

Teleqraf.com xəbər verir ki, müştərilərə verilən kreditlərin həcmi isə 1,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 903,4 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 8% çoxdur.

Bankın 1 aprel 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 225,3 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Müəllif: Teleqraf.com