18 Aprel 2018 16:59
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkəti Cəlilabad rayonunda yenilənmiş satış və müştəri xidməti mərkəzini istifadəyə verib.

Teleqraf.com xəbər verir ki, mərkəzin açılış mərasimində iştirak edən şirkətin baş satış direktoru Zaur Bayramovun sözlərinə görə, Cəlilabadda yerləşən yenilənmiş müştəri xidməti mərkəzi bütün müasir standartlara cavab verir: “Abunəçilərimizin innovativ xidmətlərə tələbatını nəzərə alaraq ölkəmizin hər rayonunda və şəhərində olduğu kimi buradakı xidmət mərkəzimiz də yeni konsepsiya əsasında tam olaraq təmir olundu.

Tam yeni konsepsiya əsasında qurulmuş Bakcell-in müasir Satış və Müştəri Xidməti mərkəzində şirkətin məhsul və xidmətərinin tam çeşidi ilə yanaşı ən son mobil cihaz və aksesuarlar təklif edilir”.

Direktor bildirib ki, yaxın vaxtlarda şirkətin əsas məhsullarından biri olan CİN tariflər ailəsinə yeniliklər olacaq: “Bu barədə abunəçilərimizə əlavə məlumat veriləcək. Biz daha çox innovativ təkliflər və sosial şəbəkələr üçün ayrı paketlər təqdim etməyə planlaşdırırıq. Biz çalışırıq ki, müştərilərimiz üçün elə bir tariflər hazırlayaq ki, hər kəsin istəyinə və xərclərinə uyğun gəlsi”.

Zaur Bayramov qeyd edib ki, ötən il Bakcell şirkəti işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirib: “Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün Bakcell burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb”.


Müəllif: İlhamə Əbülfət