3 May 2018 10:22
2 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ABŞ dolları dünya bazarında aparıcı valyutalara, o cümlədən avroya nisbətən möhkəmlənir. Bir müddət öncə 1 avro almaq üçün 1.24 ABŞ pulu ödəmək lazım idisə, indi Avropanın vahid valyutasının məzənnəsi 1.20-dən da aşağı düşüb.

Teleqraf.com xəbər verir ki, bu fikirləri iqtisadçı Vüqar Bayramov deyib.

O, bildirib ki, ABŞ-da elan edilən iqtisadi göstəricilər fonunda Federal Ehtiyatlar Sisteminin uçot stavkası ilə bağlı əvvəlki artım qərarları, eləcə də Avropa Mərkəz Bankının uçot stavkasını dəyişməz saxlaması və sentyabradək aylıq 30 milyard avroluq qiymətli kağızlar alması (Quantitative easing-QE) prosesinin davam etməsi də qlobal valyuta bazarına təsirsiz ötüşmür:

“Avropa Mərkəzi Bankı pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənir.

Dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə də təsirsiz ötüşmür. Hələlik neftin qiymətində kəskn azalmalar müşahidə edilməsə də, “qara qızılın” mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabitlik əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir. Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azlması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən də Suiya və İran ətrafında baş verənlər yüksək saxlayır”.


Müəllif: Cavad