3 May 2018 17:56
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft mayda Norveçin Statoil kompaniyası ilə şelf yatağının işlənməsi üçün danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Radio Farda” qəzeti geniş məlumat dərc edib.

Nəşrin məlumatına görə, Bakıda əsasən neft hasilatı “Azəri-Çıraq-Günəşli” yatağından, qaz isə “Şahdəniz” yatağından BP-nin rəhbərlik etdiyi beynəlxalq konsorsium tərəfindən həyata keçirilir.

İran isə Xəzər dənizində karbohidrogen hasil etməyən yeganə ölkə olaraq qalır. ABŞ ekspertlərinin fikrincə, İranın Xəzərdəki neft yataqlarındakı ehtiyatları 500 milyon barel təşkil edir. Ancaq bununla belə bu yataqlarda çox məhdud səviyyədə işlər gedir.

Qeyd edək ki, 2016-cı ilin yanvarında İrana qarşı sanksiyaların ləğvindən sonra rəsmi Tehran yalnız Fransanın “Total” və Rusiyanın “Zarubejneft” şirkəti ilə neft yataqlarının işlənməsi barədə razılığa gəlib.


Müəllif: Ruslan