5 May 2018 10:45
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda "Rəqəmsal Biznes Trendlər" adlı II Maliyyə və İnvestisiya Forumu (FIF-2018) işə başlayıb.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə forumun həmtəsisçisi Emin İsmayılov açıb.

O bildirib ki, forumun məqsədi maliyyə-investisiya sahəsində çatışmazlıqları müzakirə etmək və təkliflər hazırlamaqdır. Tədbir çərçivəsində üç panel olacaq.

E.İsmayılovun sözlərinə görə, ötən il keçirilmiş I foruma 200 şirkətdən 500 əməkdaş qatılıb. Bu il bu rəqəmin artacağı gözlənilir.


Müəllif: Teleqraf.com