7 May 2018 21:27
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı son qərarı ərəfəsində “Brent” markalı neftin qiyməti 27 noyabr 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

Teleqraf.com xəbər verir ki, “Brent” markalı neftin iyul tədarükləri üzrə qiyməti 1,52 faiz bahalaşaraq, bir bareli 76,01 dollara çatıb.

WTI markalı neftin isə iyun tədarükləri üzrə bir bareli 70,5 dollar olub.

Neftin bahalaşmasına eyni zamanda Venesuelada siyasi-iqtisadi böhranın dərinləşməsi təsir göstərib.


Müəllif: Teleqraf.com