9 May 2018 12:42
1 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İran anlaşmasından çıxacağı gözlənilirdi. Səbəb isə ABŞ-dan qaynaqlanmır. İrana qarşı yenidən böyük bir cəbhə formalaşdırmaq İsrailin arzusudur. ABŞ və İsrail bölgədə ciddi bir "şiə qurşağının" yaranmasəndan narahatdırlar.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı qeyd edib ki, əslində Qərbin İraq və Suriyaya müdaxiləsindən hələlik ən çox udan ölkə İrandır:

“İran İraqda ciddi nüfuz sahibi və oyun qurucusudur, Suriyada həlledici faktordur, Livanda və Yəməndə siyasi və hərbi gücdür. Yəni, cəmi 10 il əvvəl ancaq öz sərhədlərinə sığınan İran məhz Qərbin bölgəyə müdaxiləsindən sonra sərhədlərini aşdı, bölgədə güc sahibi oldu, İran-İraq-Suriya-Livan "şiə qurşağı" yarandı. Trampın açıq demədiyi etirazı məhz bunadır, nüvə anlaşması bəhanədir”.

Natiq Cəfərlinin sözlərinə görə, Trampın bu addımı neftin qiymətlərinə təsir göstərib: “Bir il əvvəl neftin qiyməti 45 dollar idi, bu gün 76 dollar olub, 50 faizdən çox qiymət artımı var. Gərginlik bir az da yüksəlsə neft 80 dolları da keçə bilər. Lakin bunlar sırf hərbi-siyasi gərginliyə görə artan spekulyativ qiymətlərdir, deməli, dayanıqlı qiymət artımı deyil, gərginlik azalan kimi, qiymətlər də düşəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu