11 May 2018 11:21
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ildə neftin qiyməti 100 dollara çata bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Blumberq “Bank of America”ya istinadla məlumat yayıb.

Bildirilir ki, Brent markalı neftin qiyməti 2019-cu ilin 4-cü rübünə qədər 90 dollara çatacaq.

Ekspertlərin fikrincə, “OPEK+”un neft hasilatının məhdudlaşdırılması barədə razılığı və ABŞ-ın İrana qarşı sanksiyaları səbəbindən qiymət 100 dollara çata bilər. Neft bazarında Tehranın payı dörd 4 faizdir, ona görə də İrana qarşı sanksiyalar qlobal neft bazarında “qara qızıl”ın həcminin azaldılmasına gətirib çıxara bilər.

Agentlik vurğulayır ki, Venesuelada tədarükünün pozulması riskləri də var.

Eyni zamanda “Goldman Sachs” analitikləri əmindirlər ki, neftin qiymətinin artması qısamüddətli olacaq. Onların sözlərinə görə, yayda Brent markalı neftin bir bareli 82,5 dollara qədər arta bilər, amma 2019-ci ildə neft yenidən ucuzlaşacaq.


Müəllif: Ruslan