13 May 2018 21:27
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell “Şimal axını-2” layihəsini tənqid edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Funke Mediengruppe” media konserninə müsahibəsində bildirib. Amerikalı səfir Almaniya hökumətinin layihədə iştirakından narahat olduqlarını bildirib:

“Biz çox narahatıq. ABŞ avropalılarla sıx əməkdaşlıq edir. Hansı ki, onlar da bu narahatlığı bölüşürlər”.

Səfir layihənin inşası strategiyasını “həddən artıq problemli” kimi xarakterizə edib.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiyanın Baltik dənizi sahilindən Avropaya qaz ixracını nəzərdə tutur. Almaniya hökuməti layihənin inşası istiqamətində Rusiya ilə sıx əməkdaşlıq edir.


Müəllif: Səxavət