14 May 2018 09:00
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran limanları və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında ticarət və nəqliyyat əməkdaşlığının genişləndirilməsi üzrə danışıqlar aparılır.

Teleqraf.com xəbər verir ki, bunu İranın limanlar və gəmiçilik təşkilatının direktorunun müavini Hadi Haqşenas bildirib.

Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi vasitəsilə yüklərin daşınmasını asanlaşdırmaq üçün daha çox səy göstəriləcək: "İranın Azərbaycanın paytaxtı Bakıda keçirilən Limanlar üzrə Ümumdünya Konfransında iştirak etməsi iki ölkə arasında limanların potensialını nəzərdən keçirmək və müzakirə etmək üçün münasib fürsət oldu. Bir çox investorlar İran limanlarının imkanları ilə tanış deyil. Bu səbəblə İranın mötəbər beynəlxalq tədbirlərdə iştirak etməsi Tehran və Bakı arasında ikitərəfli münasibətləri xeyli genişləndirməyə kömək edəcək".

Qeyd edək ki, Bakıda 8-11 may Limanlar üzrə Ümumdünya Konfrans (World Ports Conference 2018) keçirilib.


Müəllif: Teleqraf.com