15 May 2018 08:28
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Əpl” korporasiyasının məlumatına görə, bu ilin sentyabrında ikinci nəsil yeni “Ayfon SE” smartfonu təqdim ediləcək.

Teleqraf.com “IKTnyus”a istinadən yazır ki, yeni smartfonun texniki xüsusiyyətləri haqda məlumat yoxdur. Ancaq mənbənin məlumatına görə, cihazın ölçüləri əvvəlki kimi qalacaq, hərçənd displey çərçivəsiz olacaq.

Bundan başqa, yeni smartfon sifətin tanınması funksiyası və “TrueDepth” texnologiyası ilə təchiz ediləcək. Ehtimal ki, smartfonun arxa paneli şüşədən olacaq ki, bu da simsiz enerji doldurma texnologiyasından istifadəyə imkan verəcək.


Müəllif: Teleqraf.com