15 May 2018 14:01
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sələmlərlə bağlı hesabat aparmaq mümkün deyil. Bunun hesabatını yalnız lombardlarda gerçəkləşdirmək olar.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, vətəndaşların öz aralarında sələmə borc verməsinin hesabatlılığı yoxdur:

“Bu istiqamədə nə qədər borcun olduğu da məlum deyil. Əslində bu, müqavilələrlə olmalıdır və prosedur notarial qaydada həyata keçirilməlidir ki, sonradan ortaya çıxacaq problemlərin qarşısı əvvəldən alınsın. Borc verən və borc alan tərəf həmin müqavilələrə əsasınlanmalıdırlar.

Lakin Azərbaycanda bu cür müqavilələr ayrı-ayrı şəxslərin öz aralarında bağlanılır. Bir sıra hallarda isə belə müqavilələrə ümumiyyətlə ehtiyac görmürlər. Prosedur sadəcə yaxın insanların biri-birlərinə nəzəri olaraq zamin durmasıyla müəyyən edilir. Yəni, lombardlar istisna olmaqla sələm borcları ilə bağlı hesabat yoxdur. Nəticədə də belə alış-verişlər kriminal hadisələrə qədər gedib çıxır”.


Müəllif: Mənsur Rəğbətoğlu