17 May 2018 11:28
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Miqrasiya Xidməti tərəfindən bütün narahatlıq və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüləcək.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumda korrupsiya faktlarının olması ilə bağlı məlumata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Dövlət Miqrasiya Xidməti ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətə başlanılıb: “Vətəndaşların şikayət və müraciətləri təhlil edilib. Apardığımız araşdırmalarda müəyyən istiqamətləri müəyyən etmişik. İlk addımlara başlamışıq".

Vüsal Hüseynov qeyd edib ki, kadr islahatları DMX-nin daxili kadr idarəçiliyinin bir hissəsidir: "Bu, mütəmadi olan prosesdir. Prezidentin müəyyən etdiyi tapşırıqları icra etməyə qadir olan kadrlarla işləyəcəyik. Yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarıqlarını artıraq. Bununla bağlı biz müəyyən yerdəyişmələr həyata keçiririk. Müəyyən təlim potensialını gücləndiririk".


Müəllif: İlhamə Əbülfət