18 May 2018 13:58
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkillərinin Palatanın fəaliyyəti ilə bağlı irəli sürdükləri təklif və fikirlərə görə təşəkkür edirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə palatanın 2017-ci il hesabatı və təkliflərə münasibət bildirərkən deyib.

Sədr millət vəkillərinin bir sıra təklifləri ilə razılaşdığını bildirib: “Millət vəkilləri Qüdrət Həsənquliyev və Vahid Əhmədovun Hesablama Palatasının qiymətləndirmələrində audit olunan obyektin yol verdiyi pozuntularla bağlı ictimaiyyətin məlumatlandırılması barədə fikirləri ilə razıyam. Bu haqlı təklifdir.
Ötən il 18 milyon manatın dövlət büdcəsinə bərpasına nail olmuşuq, bunun üzərinə səmərəsiz xərcləri və digər vəsaitləri əlavə edirik. Lakin bəzi vəsaitlər var ki, onu bərpa etmək mümkün olmur. Büdcədən kənar fondların fəaliyyəti daim bizim nəzarətimizdədir. Lakin bu qurumlarda xərlcər üzərində yalnız seçmə üzrə yoxlama aparırıq”.


Müəllif: Teleqraf.com