19 May 2018 19:22
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir həftə əvvəl satışa çıxarılan Təbrizin “Traxtur” futbol klubunun hərracı mayın 19-da başa çatır.

Teleqraf.com xəbər verir ki, klubun hərracı ilə bağlı mayın 12-də rəsmi “Dünyayi iqtisad” qəzetində elan dərc olunmuşdu.

Məlumata görə, sabahdan təqdim olunan təkliflər paketinə baxılacaq. Bu günədək Traktorqayırma Şirkətinin Katibliyinə 3 təkliflər paketi göndərilib, onlardan biri Təbrizin “Qostəreşe fulad” klubunun sahibi Zenuziyə aiddir.

Yaxın 3 gün ərzində hərracın nəticəsinin məlum olacağı gözlənilir, klub yaxın günlərdə özəl sektora ötürüləcək.

Qeyd edək ki, azərbaycanlıların sevimli “Traxtur” klubu 2010-cu ildə “Sepah”a ötürüldükdən sonra çoxlu problemlərlə üz-üzə qalıb. İran Futbol Federasiyası İnzibati Komitəsinin klub və onun tərəfdarlarına qarşı ardı kəsilməyən qərarları, FİFA-nın “Traxtur” haqda tətbiq etdiyi oyunçu tranferi qadağası və maliyyə sıxıntıları Azərbaycan klubunun üzləşdiyi çoxsaylı problemlərdən bir neçəsidir.

Son vaxtlar klubun getdikcə hərbi hissəyə çevrilməsindən narahat olan komanda tərəfdarları bu vəziyyətin dəyişməsi və “Sepah”ın klubdan uzaqlaşmasını tələb etmişdilər. Bundan sonra klubun icraçı direktoru Mustafa Acorlu tutduğu vəzifədən istefa etdi, onun ardınca bir neçə vəzifəli şəxs klubdan uzaqlaşdırıldı.

Nəhayəti, “Sepah” klubun özəl sektora buraxılması ilə bağlı qərar qəbul edib.


Müəllif: Səxavət