23 Avqust 2014 12:50

Bu gün saat 10:00-da Gürcüstan ərazisilə Ermənistana Rusiya qazının verilişi bərpa olunub.

Trend-in məlumatına görə, "Gürcüstan Qaz Nəqli Şirkəti"ndən bildiriblər ki, bu, Daryal dərəsində sürüşmə zamanı zədələnmiş magistral qaz kəmərinin bərpa edilməsindən sonra mümkün olub.
İşçilər 2 gün ərzində zədələnmiş sahəni bərpa edə biliblər.

Şirkətdən deyiblər ki, tezliklə magistral qaz kəmərinin yeni sahəsini yenidən tikmək niyyətindədirlər. Həmin sahə sürüşkən hesab edilən ərazidən yan keçəcək.


Müəllif:
Загрузка...