14 Aprel 2014 16:03

2014-cü ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşıb.

Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, martda sərnişindaşıma tarifləri isə 0,3 faiz bahalaşıb.

Ay ərzində hava nəqliyyatında MDB ölkələri və digər xarici ölkələr üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,4 və 1,9 faiz bahalaşıb.

Mart ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,5 faiz azalıb, dəmiryol nəqliyyatında isə sərnişindaşıma tarifləri 1,8 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 0,3 faiz ucuzlaşma müşahidə olunub.

Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.


Müəllif: