30 Aprel 2014 13:39
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan ölkə vətəndaşlarından 1041 müraciət daxil olub.

Teleqraf.com-un məlumatına görə, fonda daxil olan müraciətlər arasında MDB ölkələrindən (xüsusilə, Rusiya və Ukrayna vətəndaşlarından) ünvanlanan müraciətlər üstünlük təşkil edib. Hesabat rübü ərzində MDB ölkələrindən DSMF-yə 919 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə Тürkiyədir. Qardaş ölkədən Fonda 61 müraciət ünvanlanıb. Həmin müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi üçün konkret tədbirlərin görülməsi ilə bağlıdır.

DSMF-yə daxil olan digər 61 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

Naibə


Müəllif: