30 Aprel 2014 16:05
488

“Avro-4” standartına keçiddən sonra gömrük-keçid məntəqələrindən ölkəmizə gətirilən avtomobillərin sayında azalma müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, Gömrük Komitəsinin sədri Aydın Əliyev belə deyib.

Komitə sədrinin sözlərinə görə, bu məsələ ilə bağlı xarici ticarət dövriyyəsində 20 faiz azalma baş verib: “O cümlədən avtomobillərin metal konstruksiyalarında və qara metal məhsullarında idxalında da azalma müşahidə olunmaqdadır”.

Aydın Əliyev “Avro-4” satndartının tətbiqi ilə bağlı gəzən söz-söhbətlərdən təəssüfləndiyini də dilə gətirib: “Bəziləri belə hesab edirlər ki, avtomobil yenidirsə, bu standarta cavab verəcək. Bu, düzgün yanaşma deyil. Biz gömrük-keçid məntəqələrində həm avtomobillərin kütləvi gətirilməsi, həm də fərdi qaydada idxal zamanı Standartlaşdırma, Metrologiya və Patent üzər Dövlət Komitəsi, eləcə də Gömrük-Ekspertiza Xidməti ilə birlikdə yoxlama aparırıq. Keçirilən baxış zamanı avtomobiilərdə bu standartların mövcudluğunu araşdırırıq. Standartlara uyğun avtomobillər ölkə ərazisinə buraxılır”.

Naibə


Müəllif: