30 Aprel 2014 18:48
1 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bank uçot dərəcəsinin 4.75 faizdən 4.25 faizə endirib.

Teleqraf.com-un məlumatına görə, bu qərar Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclasında qəbul olunub.

Məlumatda bildirilir ki, Mərkəzi Bank bu addımı ölkədə inflyasiyanın aşağı səviyyədə olmasını nəzərə alaraq qeyri-neft sektorunda investisiya fəallığının daha da artmasına və milli iqtisadiyyatın şaxələnməsinə zəruri dəstək vermək, habelə faiz dərəcələrinin enməsinin davamlılığına şərait yaratmaq məqsədilə atıb. Eyni zamanda faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib.

Cari ilin birinci rübündə milli iqtisadiyyatda artım prosesləri davam edib, qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyi olub. Ölkənin əlverişli xarici iqtisadi mövqeyi qorunub saxlanmış, strateji valyuta ehtiyatları artmaqda davam edib. Makroiqtisadi sabitlik möhkəmlənib, inflyasiyanın daha da azalması müşahidə olunub, orta illik inflyasiya rüb ərzində cəmi 2 faiz təşkil edib. Manatın məzənnəsinin sabitliyi makroiqtisadi sabitliyin qorunmasında mühüm rol oynayır.

Naibə


Müəllif: