2 Fevral 2015 08:07
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki illə müqayisədə 7,2 faiz artaraq 7 milyard manat olub.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildiriblər ki, artımın 59,2 faizi hüquqi şəxslərdə yaranmış və bu müəssisələrdə əhaliyə 5,2 milyard manatlıq və ya 5,7 faiz çox pullu xidmətlər göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 62,1 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 manat çox müvafiq pullu xidmətdən istifadə edib.


Müəllif: