3 Fevral 2015 20:49
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Cənub Qaz Dəhlizi" QSC-nin 300 milyon dollar dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Teleqraf.com-un QKDK-ya istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 3 milyon dollar olan 100 səhm buraxılıb.

Səhmlər hər birinin nominal dəyəri 1 milyon dollar olan 100 ədəd adi, adlı, sənədsiz səhmə konvertasiya yolu ilə yerləşdiriləcək.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropaya karbohidrogenlərin tədarükü mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini artırmağa, Azərbaycana isə Avropanın qismində yeni bazar əldə etməyə imkan verəcək.


Müəllif: