9 Fevral 2015 15:42
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən nəqliyyat sektorunda həm yükdaşıma tarifləri, həm sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşıb.

Dövlət Statistika Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sərnişindaşıma tarifləri üzrə ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3 faiz, MDB ölkələri üzrə isə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7 və 32,6 faiz ucuzlaşma müşahidə olunub.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Yanvar ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 21,6 faiz ucuzlaşıb.


Müəllif: