11 Fevral 2015 15:37
1 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 11-də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı “Korporativ idarəetməyə giriş. Korporativ idarəetmə anlayışı. Dövlət müəssisələrinin spesifikliyi” mövzusunda seminar keçirilib.

Beynəlxalq təcrübə əsasında hazırlanmış korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqinə nail olmaq məqsədilə keçirilmiş tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət, sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli biznes mühiti, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə sahəsində görülmüş işlər barədə danışıb. Nazir müavini Azərbaycanda Korporativ İdarəetmə Standartlarının qəbul edilməsi və əhəmiyyəti, şirkətlərdə korporativ idarəetmənin vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Nazirlik tərəfindən təsdiq edilmiş “Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya”, Korporativ Etika Məcəlləsi barədə təlim iştirakçılarına məlumat verib, şirkətlərdə qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqinin onların rəqabət qabiliyyətinin yüksəldilməsində, investorlar üçün cəlbediciliyin artırılmasında və rentabelli fəaliyyət göstərməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb.

Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə korporativ idarəetmənin mahiyyəti, dövlət müəssisələrində korporativ idarəetmənin tətbiqinin xüsusiyyətləri, eləcə də korporativ idarəetmənin dövlət müəssisələrinin rəqabət qabiliyyətinin artırılması, etibarlı hesabatlılıq sisteminin formalaşdırılmasında rolu barədə danışmışdır. Tədbirdə korporativ idarəetmə sahəsində mövcud sənədlər, bu sənədlərin təsir dairəsi barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

Ümumiyyətlə, korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Naibə QURBANOVA


Müəllif: