24 Fevral 2015 15:37
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 1887 saylı stasionar dəniz özülündən 2206 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2383-2362 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən aparılır.


Müəllif: