25 Fevral 2015 03:35

Azərbaycanda mənzillərin özəlləşdirilməsi zamanı tələb olunan sənədlər sırasına mənzil kirayəsi və ya müqaviləsi də əlavə edilib.

Teleqraf.com-un mə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycanda mənzil fondunun özəlləşdirilməsi haqqında" qanuna dəyişiklik edilib.

Belə ki, qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, mənzilin özəlləşdirməsi zamanı mənzil sahəsinin orderi ilə yanaşı, ya mənzil kirayəsi müqaviləsi, ya da onun verilməsinə dair sərəncam tələb olunacaq. Onu da qeyd edək ki, mənzili özəlləşdirmək üçün müraciət edən vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

Xatırladaq ki, qanun mənzil kirayəsi müqavilələrinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edilməsi məsələlərini nəzərdə tutur.

Qeyd edək ki, qanuna edilən dəyişiklik səsə qoyularaq qəbul edilib.

Daha ətraflı: http://www.atvxeber.az/news/economy/16763-menzil-kirayesi-ve-ya-muqavilesi-teleb-olunacaq
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.


Müəllif: