1 Mart 2015 10:39
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə Gürcüstana gedən azərbaycanlı turistlərin sayı 2013-cü illə müqayisədə 19% artıb.

Bu barədə Trend-ə Gürcüstanın Milli Turizm Administrasiyasından bildiriblər.

Administrasiyanın məlumatına əsasən, 2014-cü ildə Azərbaycandan Gürcüstana ümumilikdə 1,282 milyon nəfərdən çox turist səfər edib.

2014-cü ildə Gürcüstana gələn xarici turistlərin ümumi sayı 2 faiz artaraq 5,493 milyon nəfəri ötüb.

Gürcüstana gələn turistlərin sayına görə Azərbaycan ilk üçlüyə daxildir. Birinci yeri Türkiyə (1,436 milyona yaxın turist), ikinci yeri Ermənistan (1,322 milyona yaxın turist), dördüncü yeri isə Rusiya (810,233 min turist) tutur.


Müəllif: