3 Mart 2015 04:40
375

Belçikanın paytaxtı Brüsseldə Ukrayna, Rusiya və Aİ arasında keçirilən qaz danışıqları nəticəsiz başa çatıb.

Teleqraf.com-un TASS-a istinadən məlumatına görə, bu barədə “Naftoqaz” şirkətinin başçısı Andrey Kobolev bildirib.

“Görüşdə heç bir prinsipial qərar qəbul edilməyib”, deyə A.Kobolev bildirib.

Bundan əvvəl Rusiyanın Energetika naziri Aleksandr Novak RİA Novosti agentliyinə görüşün yekunlarını şərh edərək bildirmişdi ki, “Qazprom” yalnız pulun əvvəlcədən ödənilməsi şərti ilə Ukraynaya qaz tədarük edəcək.


Müəllif: