6 Mart 2015 13:05
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi”nə 114 müraciət edilib

2015-ci ilin yanvar-fevral ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi”ə daxil olan müxtəlif məzmunlu 114 müraciət qeydə alınıb. Daxil olmuş müraciətlərdə qaldırılan məsələlərə aydınlıq gətirilmiş, cavablandırılması operativlik tələb edən sorğular əsasında məsləhət-informasiya xidməti göstərilib.

Daxil olan şikayət xarakterli, araşdırılması üçün müəyyən vaxt tələb olunan müraciətlər məzmununa uyğun olaraq aidiyyəti üzrə nazirliyin müvafiq xidmət və şöbələrinə təqdim edilib.

Müraciətlər əsasən nazir Heydər Əsədovun vətəndaşların qəbulunda iştirak etmək, yeni kənd təsəsrrüfatı texnikalarını almaq və lizinq yolu ilə icarəyə verilmiş texnikaların dəyərinə tətbiq edilən güzəştlərin mexanizmi, yeni texnikaları lizinq qaydasında icarəyə götürməzdən əvvəl “Aqrolizinq” ASC-nin internet səhifəsində elektron qeydiyyatın aparılma qaydası, subsidiyaların kart hesablarına köçürülmə vaxtının dəqiqləşdirilməsi, bəzi rayonlarda iri buynuzlu mal qara, həmçinin davarlar arasında xəstəliklərin yayılması, payızlıq taxıl əkinlərinin və bağ sahələrinin suvarılmasına köməklik göstərilməsi, yeraltı drenaj şəbəkəsinin olmaması nəticəsində taxıl sahələrini su basması, taxıl sahələrinin dərmanlanması, “Azərtoxum” MMC-dən keyfiyyətli toxum əldə etmək, torpaq islahatı nəticəsində müəyyən edilmiş ictimai örüş yerinin əkin yeri kimi icarəyə verilməsi, aşağı faizli, uzun müddətli kənd təsərrüfatı kreditlərinin verilməsi, gübrələrin güzəştli qiymətə satış qiymətləri, taxıl əkilmiş sahələrə qurd düşməsi, taxıl sahəsinin içərisindən qaz ixrac kəmərinin çəkilməsi nəticəsində dəymiş zərərin kompensasiya edilməsi, ödənilməmiş əmək haqqı borcunun verilməsi, texnopark yaratmaqla bağlı təklif, qoyunçuluq təsərrüfatına canavar hücum etməsi, Badamdar qəsəbəsində həftənin şənbə və bazar günləri keçirilən yarmarkanın köçürülməsi, respublikaya Romanov cinsinə məxsus davarların idxalı, istixana təsərrüfatı yaratmasına köməklik göstərilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, araq istehsalına lisenziya verilməsi, kənd təsərrüfatı məhsullarının marketinq xidmətinin inkişaf etdirilməsi, süni qiymət artımının qarşısının alınması, parnik təsərrüfatına qaz sayğacının quraşdırılması, nazirliyə daxil olmuş şikayət ərizəsinə baxılması və s. məsələlərlə bağlı olub.

NİGAR


Müəllif: