19 May 2014 13:39
381

“Günəşli” yatağındakı 11-ci özüldən 307 nömrəli quyuda qazma işlərinə başlanıb.

Teleqraf.com-un məlumatına görə, layihə dərinliyi 3400 metr olan quyu Dövlət Neft Şirkətinin “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsi qazır.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 60 ton neft, 10 000 kubmetr qaz hasil ediləcək.

İstismar işlərini “28 May” Neft-Qazçıxarma İdarəsi həyata keçirəcək.

Naibə


Müəllif: