10 İyul 2015 10:59
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən son 6 ayda 1 093 672 dəfə istifadə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, cari ilin iyun ayı ərzində ƏƏSMN-nin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən 157 712 dəfə istifadə halı qeydə alınıb.

O cümlədən, nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 103 977 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 38 523 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən isə 13 430 dəfə istifadə olunub. Əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında olan bu üç e-xidmətdən cari ilin 6 ayı ərzində müvafiq olaraq 737 372 dəfə, 271 827 dəfə və 69 585 dəfə istifadə edilib.

Ümumilikdə cari ilin 6 ayı ərzində əhali ƏƏSMN-nin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi bütün e-xidmətlərdən 1 093 672 dəfə yararlanıb ki, bu da portaldan ümumi istifadə sayının (6 059 951 istifadə halı) 18 faizindən çoxunu təşkil edir.


Müəllif: