18 Aprel 2014 11:52
324

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev aprelin 23-də Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə şəhərinin və Yevlax, Naftalan, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən, Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin elektron poçt ünvanı, həmçinin yuxarıda adıçəkilən rayonların yerli şöbələrinə zəng etməklə əlaqə saxlaya bilərlər. Qəbulda iştirak edəcək vətəndaşların aprelin 23-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhər Kəpəz rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.


Müəllif: