15 İyul 2015 23:25
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan manatının fevral ayında baş verən korreksiyasından sonra milli valyutamızın məzənnəsi sabitləşib. Son aylar manatın məzənnəsi öz sabitlik nöqtəsini axtarır və demək olar ki, tapmaqdadır". Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-də deyib.

E.Rüstəmov bildirib ki, Mərkəzi Bank son iki ayda valyuta ehtiyatlarını artırmaqdadır Onun sözlərinə görə, Azərbaycan 120 milyon dollardan artıq valyuta alıb: "Təxminən 300 milyon dollardan da çox bizim banklarla əməliyyatımız oldu. Onlar öz valyutalarını bizə təklif etdilər, onun əvəzində biz bazarda manat təklifini, aclığını azaltmaq üçün banklara manat təklif etdik".

E. Rüstəmov bildirib ki, Mərkəzi Bank Azərbaycanın yaxın ticarət tərəfdaşı olan ölkələrdə baş verən proseslərin analizini aparır.

"Belə bir şəraitdə Azərbaycan makroiqtisadi inkişaf nümayiş etdirməyi bacarır. Altı ayın yekunlarına görə, milli iqtisadiyyatımız 5,7% artıb. Qeyri-neft sektoru 9%-dən yüksək artıma nail olub. Ölkədə investisiya fəallığı davam edir və fərəhləndirici haldır ki, xarici investisiyalar daxili investisiyaları üstələyir. Altı ay ərzində inflyasiya 3,5% səviyyəsində saxlanılıb. Bu, regionda ən aşağı göstəricilərdən biridir".


Müəllif: