18 İyul 2015 23:04

Almaniyada cari ilin ilk altı ayı ərzində dövriyyədən 50,5 min saxta avro çıxarılıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu, avronun 2002-ci ildə dövriyyəyə buraxılmasından bəri rekord göstəricidir. Bundesbank-ın məlumatına görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Almaniyada saxta əsginasların hazırlanıb dövriyyəyə buraxılması ölkəyə 2,2 milyon avro ziyan vurub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əsginasın saxta olduğunu hiss edən şəxs onu dərhal Bundesbank-a təhvil verməlidir. Əks təqdirdə həmin şəxs özü saxta pul saxlamaqda şübhəli bilinəcək.


Müəllif:
Загрузка...