23 İyul 2015 15:52
324

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda işgüzar forum keçirib. Sahibkarlardan müvafiq istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Təkliflərə ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, ət kəsimi, plastik qapı-pəncərə, üzlük daş, corab və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması, istixana təsərrüfatlarının yaradılması daxildir.

İyulun 23-dən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Naibə QURBANOVA


Müəllif: