27 İyul 2015 20:18
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan baş naziri İrakli Qaribaşvili Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Gürcüstan hökumətinin mətbuat xidməti görüşün iyulun 26-da Rövnəq Abdullayevin Tiflisə səfəri çərçivəsində gerçəkləşdiyini bildirir. Görüşdə cari investisiya layihələri müzakirə edilib.

Baş nazir bildirib ki, onun hökuməti Gürcüstanın ən böyük sərmayəçilərindən biri olan SOCAR-ı çox yüksək qiymətləndirir. Tərəflər əməkdaşlığın davam etdirilməsinə və dərinləşməsinə hazır olduqlarını vurğulayıblar.

Görüşdə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstan baş nazirinin yanında iqtisadi şurasının katibi, biznes ombudsmanı Georgi Qaxariya da iştirak edib.


Müəllif: